Xarici ölkələrin Azərbaycandakı hərbi attaşelərinin cəbhəboyu zonaya səfəri başlayıb

Qarabağ
  • 11 may, 2016
  • 12:12
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşelərinin cəbhəboyu zonaya səfəri başlayıb

Bakı. 11 may. REPORT.AZ/ Xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşelərinin cəbhəboyu zonaya səfəri başlayıb. "Report"un məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər mayın 10-da Ermənistan Silahlı Qüvvələrinin ağ fosfor bombası atdığı əraziyə baxış keçiriblər.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən səfərdə 11 ölkədən 20-dək hərbi attaşe iştirak edir.

44 filmi