Vətən müharibəsindən qayıdanlarla bağlı komissiya 5 298 müraciətə baxıb
Qarabağ
- 23 yanvar, 2021
- 12:21
Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 23-ü tarixi də daxil olmaqla 4 214 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə 1084 vətəndaşın müraciətinə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 966 müraciəti yerində həll olunub.
Son xəbərlər
20:14
İlham Əliyevin fikirləri Azərbaycanın qlobal transformasiyaya hazır olduğunu nümayiş etdirir - RƏY
Daxili siyasət20:05
Britaniya ABŞ-nin xahişi ilə Rusiya tankerinin ələ keçirilməsinə yardım edib – YENİLƏNİB
Digər ölkələr20:01
Foto
Güləş üzrə Azərbaycan çempionatında ilk günün finalçıları müəyyənləşib
Fərdi19:53
Ukrayna və ABŞ Rusiyayla müharibənin başa çatdırılmasının əsas elementlərini müzakirə ediblər
Digər ölkələr19:44
Qərbi Avropada əlverişsiz hava nəqliyyatı iflic edib, insan tələfatı var
Digər ölkələr19:38
"Bavariya" futbolçusu ilə yeni müqavilə bağlama yaxındır
Futbol19:32
Tramp: ABŞ müdaxilə etməsəydi, Rusiya artıq Ukraynanı nəzarətə götürərdi
Digər ölkələr19:31
ADY: Bu il Şərq istiqaməti Orta Dəhlizin inkişafında növbəti mərhələ olacaq
İnfrastruktur19:23