Türkiyənin Baş Ombudsmanı: Xocalıdakı hadisələr soyqırımı cinayətidir

Qarabağ
  • 26 fevral, 2026
  • 15:59
Türkiyənin Baş Ombudsmanı: Xocalıdakı hadisələr soyqırımı cinayətidir

Xocalıdakı hadisələr soyqırımı cinayətidir.

"Report"un Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyənin İnsan hüquqları üzrə müvəkkili, Baş Ombudsman Mehmet Akarca deyib.

Azərbaycan və Türkiyənin ombudsman qurumları arasında sıx əlaqələrin olduğunu vurğulayan M.Akarça deyib ki, Türkiyə dövləti olaraq, rəhbərlik etdiyi qurum insanlıq əleyhinə cinayət olan bu faciəli qəddarlıq faktlarının dünya hüquq sistemində öz layiqli qiymətini alması üçün hər zaman əməkdaşlığa və birgə səylərə dəstək verməyə hazırdır:

"Bizim vəzifəmiz ədalətin beynəlxalq hüquq çərçivəsində mümkün qədər tez bir zamanda bərpa olunmasını təmin etməkdən ibarətdir. Təəssüf ki, keçmişi dəyişdirə, həyatını itirənləri geri qaytara bilmərik. Lakin baş verənlərin unudulmaması, bu utancverici faciələrin bir daha təkrarlanmaması və həyatını itirənlərin xatirəsini yaşatmaq üçün mübarizə aparmaq bizim kollektiv məsuliyyətimizdir".

Son xəbərlər

Bütün Xəbər Lenti