Türkiyə Silahlı Qüvvələri Azərbaycana dəstəyini davam etdirəcək
Qarabağ
- 20 dekabr, 2020
- 11:57
İşğaldan azad edilən ərazilərin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı Qüvvələri Azərbaycana dəstəyini davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan mətbuat bülletenində məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Ordusuna dəstək məqsədilə 135 nəfərdən ibarət iki Xüsusi Mina Təmizləmə qrupu mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir. Digər partlayıcıların kəşfiyyatı və məhv edilməsi üçün hər birində 4 nəfər olmaqla 12 komanda və 64 personal isə təlim-tədrisə dəstək verir.
“ Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda Ağdamda fəaliyyətə başlaması üçün əməkdaşlığımız Azərbaycan və Rusiyanın koordinasiyasında davam etməkdədir”.
Son xəbərlər
17:50
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-iyun, 2026)
Maliyyə17:50
"Bakı Fond Birjası"nın dövriyyəsi 35 % azalıb
Maliyyə17:48
Özbəkistan Xəzərdə Azərbaycanla birgə donanma yaratmağı planlaşdırır
İnfrastruktur17:43
Özbəkistan gələn ildən Azərbaycanda "Chevrolet Cobalt" avtomobillərinin istehsalına başlayacaq
Sənaye17:41
Dirk Şuster: "Zirə" "Torpedo" ilə dueldə favoritdir"
Futbol17:25
Milli Məclisin növbəti iclasında 22 məsələ müzakirə olunacaq - YENİLƏNİB
Milli Məclis17:22
Zelenski NATO sammitində Azərbaycana təşəkkür edib
Xarici siyasət17:21
"Valensiya" yaponiyalı futbolçu Ryunosuke Sato ilə müqavilə imzalayıb
Futbol17:19