Türkiyə Gürcüstana yeni hərbi attaşe təyin edib
Qarabağ
- 06 noyabr, 2020
- 11:49
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan ölkənin müdafiə naziri İrakli Qaribaşvili ilə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Səfir Türkiyənin Gürcüstana yeni təyin etdiyi hərbi attaşe Burak Altıneri nazirə təqdim edib.
Tərəflər iki ölkə arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Gürcü nazir türkiyəli səfirə hərbi sahədə maddi-texniki dəstəyə görə minnətdarlıq edib. Görüşdə məhsuldar əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvarlıq ifadə olunub.
Son xəbərlər
03:54
ABŞ-də fırtına daşqınlara və insan ölümlərinə səbəb olub
Digər ölkələr03:19
"Bloomberg": Yaxın Şərq ölkələri Hörmüz boğazından gizli neft ixrac edir
Digər ölkələr02:53
Çexiyada 39 meteostansiya temperatur rekordlarını qeydə alıb
Digər ölkələr02:11
Tramp Pentaqona Cənubi Koreya ilə hərbi təlimlərin miqyasını azaltmağı tapşırıb
Digər ölkələr01:37
Zimbabvedə bərə qəzası ilə bağlı təhqiqat başlayıb
Digər ölkələr01:08
Bu gün Tərtər, Ağdaş, Bərdə, Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
Energetika00:46
Admiral Kuper "USS Abraham Lincoln" təyyarə gəmisi heyətinin yorğunluğunu etiraf edib
Digər ölkələr00:18
Türkiyədə avtobus yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var
Region23:56