Tərtərdə yaşayış evləri ermənilər tərəfindən atəşə tutulub
Qarabağ
- 19 aprel, 2015
- 12:36
Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini və təmas xəttinə yaxın yerləşən Tərtər rayonunun Qarağacı kəndini atəşə tutub.
"Report" yerli sakinlərə istinadən xəbər verir ki, erməni hərbçilərinin açdığı atəş nəticəsində bir neçə evin dam örtüyünə ziyan dəyib.
Atəşə məruz qalan yaşayış evlərindən biri də, kənd sakini Nəbi Məmmədova məxsusdur. Ev sahibinin sözlərinə görə, ailə üzvləri səhər saatlarında pəncərəyə dəyən güllənin səsinə oyanıblar. Mərmi pəncərə şüşəsindən içəri daxil olaraq yataq otağına düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Düşmən Azərbaycan Ordusunun cavab atəşindən sonra susdurulub.
Son xəbərlər
00:06
Almaniya Seutada böhran səbəbindən sərhəd nəzarətinin müddətini uzadacaq
Digər ölkələr23:49
Əraqçi: Müvəqqəti atəşkəs müharibənin təkrarlanması deməkdir
Region23:29
Zaxarova: Bakının Rusiya jurnalistlərini axtarışa verdiyi bəyanatlar Moskvanın mövqeyini əks etdirmir
Region23:14
Əraqçi: Son müharibə göstərdi ki, ABŞ hərbi bazalarını belə qoruya bilmir
Region22:52
Əraqçi: Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı
Region22:48
Sabah Ağdaş və Göyçayın bir sıra ərazilərində işıq olmayacaq
Energetika22:27
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev Rusiyada nazirin müşaviri vəzifəsindən istefa verib
Region22:26
"Real" və "Barselona" Serxio Martineslə maraqlanır
Futbol22:13