Şəhid pilot Xalid Gözəlovun 25 yaşı tamam olur

Qarabağ
  • 04 yanvar, 2021
  • 18:31
Şəhid pilot Xalid Gözəlovun 25 yaşı tamam olur

Bu gün şəhid baş leytenant Xalid Gözəlovun doğum günüdür.

“Report”un Muğan bürosu xəbər verir ki, Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən igidlərdən biri də Biləsuvar rayonundan olan Gözəlov Xalid Həsən oğludur.

Mərhum 4 yanvar 1996-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2002-ci ildə Zaqatala şəhərində Ş. Qurbanov adına tam orta məktəbin 1-ci sinfinə getsə də məktəbi doğulduğu kəndin orta məktəbində bitirib. 2012-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin Akademiyasının Aviasiya fakültəsi üzrə təhsil alıb.

2016-ci ildən Dövlət Sərhəd Xidmətində baş leytenant hərbi rütbəsində pilot kimi xidmətə başlayıb. Xalid Gözəlov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsində iştirak edib, xüsusi rəşadət göstərərək qəhrəmancasına şəhid olub.

Şəhid Xalid Gözəlov 28 sentyabr 2020-ci ildə Bakı şəhərində II Fəxri Xiyabanda dəfn edilib. Şəhid baş leytenant Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Qubadlının azad olunmasına görə medalı" ilə təltif edilib.

Şəhidimiz nişanlı idi.

Allah rəhmət eləsin!

Son xəbərlər

Bütün Xəbər Lenti