Səfir: Meksika ilə Azərbaycan ticarət və investisiya əlaqələrini aktivləşdirmək niyyətindədir

Qarabağ
  • 11 sentyabr, 2026
  • 20:19
Səfir: Meksika ilə Azərbaycan ticarət və investisiya əlaqələrini aktivləşdirmək niyyətindədir

Meksika və Azərbaycan ticarəti fəallaşdırmaq, investisiya əməkdaşlığını genişləndirmək və Azərbaycan bazarında Meksika mallarının mövcudluğunu artırmaq niyyətindədir.

"Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə möhkəmlənib, lakin hələ də gələcək inkişaf üçün əhəmiyyətli potensiala malikdir.

"Biz investisiya əməkdaşlığını və ticarət mübadiləsini fəallaşdırmaq, həmçinin ölkəmizin ən tanınmış mallarının Azərbaycanda təqdimatını davam etdirmək istəyirik", - diplomat bildirib.

Səfir həmçinin Meksika və Azərbaycan arasında siyasi dialoqun və institusional əlaqələrin genişləndiyini qeyd edib.

44 filmi