​Rusiyanın Yerevandakı səfiri: "Münaqişəni yalnız danışıqlar masası arxasında həll etmək olar"

Qarabağ
  • 29 sentyabr, 2015
  • 09:25
​Rusiyanın Yerevandakı səfiri: Münaqişəni yalnız danışıqlar masası arxasında həll etmək olar

Bakı. 29 sentyabr. REPORT.AZ/ "ATƏT-in Minsk Qrupu yalnız vasitəçidir. Əlbəttə, əsas məsələ iki dövlət arasında danışıqların aparılmasıdır".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Yerevandakı səfiri İvan Volınkin jurnalistlərlə açıqlamasında deyib.

Səfir hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək mümkün deyil: "Onu ancaq danışıqlar masası arxasında və dinc yolla həll etmək olar".

"Bu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaqmı" sualına cavabında səfir deyib: "Fikrimcə, Nyu-Yorkda hər iki ölkənin xarici işlər nazirlərinin görüşündə bu məsələ müzakirə edilib. Təəssüf ki, müzakirələrin nəticəsindən xəbərsizəm".

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də Nyu-Yorkda erməni həmkarı Edvard Nalbandyanla görüşüb.

44 - Tezliklə