Rusiya XİN: Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir
Qarabağ
- 13 iyul, 2020
- 11:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan – Ermənistan sərhədində gərginliyin kəskin artmasından ciddi narahatlığını ifadə edir.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə adıçəkilən qurumun yaydığı açıqlamada bildirilir.
“Aldığımız məlumata görə, döyüşlər davam edir, artilleriyadan istifadə olunur. Ölən və yaralananlar var. Həlak olanların ailələrinə, yaxınlarına başsağlığı veririk. Regionun təhlükəsizliyinə təhdid olan bu gərginliyi yolverilməz hesab edir, qarşıduran tərəfləri təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq”, - deyə açıqlamada vurğulanır.
Rusiya XİN həmçinin vəziyyəti sabitləşdirmək üçün müvafiq dəstək verməyə hazır olduqlarını da bildirib.
Son xəbərlər
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr