Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi ATƏT səviyyəsində müzakirə olunacaq

Qarabağ
  • 30 noyabr, 2018
  • 10:09
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi ATƏT səviyyəsində müzakirə olunacaq

Bakı. 30 noyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Milanda keçiriləcək iclası zamanı ikitərəfli görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə atılan addımları müzakirə edəcək.

“Report” xəbər verir ki, bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O, nazir S.Lavrovun ATƏT-də Rusiyanı maraqlandıran məsələlərə dair çıxış edəcəyini söyləyib.

“Təbii ki, dediyim kimi, ikitərəfli görüşlər də olacaq. Həmin görüşlərdə adı çəkilən (Dağlıq Qarabağla bağlı – red.) məsələ daha konkret şəkildə, tətbiqi nöqteyi-nəzərdən müzakirə olunacaq. Əlbəttə ki, bu zaman müəyyən təkliflər, addımlar da razılaşdırıla bilər”, - Rusiya rəsmisi bildirib.

44 filmi