Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Qarabağ
  • 04 iyul, 2016
  • 16:17
Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 4 iyul. REPORT.AZ/ Rusiya və Ermənistan XİN başçıları Yerevanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat verib. 

"Görüş zamanı Sergey Lavrov və Edvard Nalbandyan Vyana və Sankt-Peterburqda keçirilmiş sammitlər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımlardan söhbət açıblar", - deyə məlumatda qeyd olunub.