Rusiya və Avstriya XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Qarabağ
  • 18 yanvar, 2017
  • 09:20
Rusiya və Avstriya XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Bakı. 18 yanvar. REPORT.AZ/ Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və bu il ATƏT-ə sədrlik edən Avstriyanın XİN başçısı Sebastyan Kurts arasında görüş keçirilib.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın daha əvvəl bildirdiyinə görə, tərəflər geniş spektorlu məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini, Suriya, Ukrayna, eləcə də Yəmən və Liviyadakı vəziyyəti müzakirə etməyi planlaşdırır.