Qoşunların təmas xəttində monitorinq keçirilib

Qarabağ
  • 16 dekabr, 2015
  • 11:22
Qoşunların təmas xəttində monitorinq keçirilib

Bakı. 16 dekabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 16-da Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Monitorinq insidentsiz başa çatıb”, - məlumatda bildirilib.