Təmas xəttində hərbçilərin meyitlərinin götürülməsi üçün atəşkəsin bərpa olunması barədə razılığa gəlinib

Qarabağ
  • 08 aprel, 2016
  • 07:47
Təmas xəttində hərbçilərin meyitlərinin götürülməsi üçün atəşkəsin bərpa olunması barədə razılığa gəlinib

Bakı. 8 aprel. REPORT.AZ/ Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.

Əlavə məlumat veriləcək.

44 filmi