Qarabağa qayıdışla bağlı sorğu başa çatıb
Qarabağ
- 26 aprel, 2021
- 06:53
İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə keçirilən birinci sosioloji tədqiqat - onlayn-sorğunun fəaliyyəti aprelin 25-i saat 20:00-da dayandırılıb.
ADA Universitetindən "Report"a verilən məlumata görə, sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini ötüb.
İlkin məlumatlara əsasən, iştirakçıların 54%-i kişilərdən, 46%-i isə qadınlardan ibarətdir. Sorğuda iştirak edənlərin 45%-ni 40 yaşa qədər olan ölkə vətəndaşları təşkil edir.
Hazırda onlayn-sorğunun nəticələri emal mərhələsindədir. Bu mərhələ yekunlaşdıqdan sonra Tədqiqat Qrupu əldə edilən məlumatların təhlilinə başlayacaq və nəticəni müvafiq dövlət qurumuna təqdim edəcək.
Son xəbərlər
09:52
Naxçıvandakı sahibkarlar 5 ayda 3 milyon manat güzəştli kredit alıblar
Biznes09:43
Foto
"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib
Fərdi09:37
CAR yığmasının qapıçısı Ronven Uilyams Kanada ilə matçda rekorda imza atıb
Futbol09:33
Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə09:29
Rusiya Sumı və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var
Digər ölkələr09:27
Türkiyə ərazisi ilə 5 ayda 80 milyon bareldən çox BTC nefti nəql olunub
Energetika09:23
"Napoli" Skott Maktomineyin müqaviləsinin müddətini uzatmaq istəyir
Futbol09:10
PSJ italiyalı qapıçı Alessandro Lonqonini heyətinə qatıb
Futbol08:57