Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun növbəti oyunu keçirilib

Komanda
  • 25 noyabr, 2025
  • 19:15
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun növbəti oyunu keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun növbəti oyunu keçirilib.

"Report" xəbər verir ki, "Murov Az Terminal" UNEC ilə üz-üzə gəlib.

"Murov Az Terminal"ın idman zalında baş tutan matç ev sahiblərinin 1:3 (24:26, 25:18, 19:25, 17:25) hesablı məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, turun ötən gün baş tutan matçında "Milli Aviasiya Akademiyası" "Azərreyl"ə qalib gəlib - 3:2. Tura noyabrın 26-da yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti