Prezidentin köməkçisi: “Xocalı şəhidlərinin qanı yerdə qalmadı”

Qarabağ
  • 26 fevral, 2022
  • 04:36
Prezidentin köməkçisi: “Xocalı şəhidlərinin qanı yerdə qalmadı”
Şahmar Mövsümov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov özünün tviterdəki hesabında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, paylaşımda deyilir:

“Xocalı şəhidlərinə, günahsız bacı və qardaşlarımıza Allah rəhmət eləsin. Qanınız yerdə qalmadı!”.