Prezident Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi münasibətilə xalqı təbrik edib

Qarabağ
  • 12 may, 2021
  • 11:11
Prezident Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi münasibətilə xalqı təbrik edib
İlham Əliyev

"Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir".

"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev mayın 12-də Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalının açılışında çıxış edərkən deyib.

"Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm", - Prezident bildirib.