Paşinyan yenə kömək üçün Putinə yalvarır

Qarabağ
  • 31 oktyabr, 2020
  • 07:05
Paşinyan yenə kömək üçün Putinə yalvarır

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək ondan Ermənistana yardım göstərilməsi üzrə "təcili məsləhətləşmələrə başlamağı" xahiş edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

N.Paşinyanın belə müraciətinin 1997-ci ildə imzalanmış “Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsi”nin ikinci bəndinə əsaslandığı vurğulanır.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş əraziləri azad etmək məqsədilə keçirdiyi əks-hücum əməliyyatı başlayandan bəri Ermənistanın baş naziri dəfələrlə Rusiya prezidentindən yardım dilənib. Buna qədər o, telefonla əlaqə saxlamağa çalışardı.

Hətta Oktyabrda “Rossiya-1” telekanalı V.Putinin hökumət üzvləri ilə keçirdiyi iclas zamanı Ermənistan baş naziri Nikol Paşinyanın Kremlə aramsız zənglərini əks etdirən kadrlar yayıb.