Pakistan səfiri Azərbaycanı Qələbənin ildönümü münasibətilə təbrik edib
Qarabağ
- 06 noyabr, 2021
- 05:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“44 günlük müharibədə qazanılan qələbənin birinci ildönümü Azərbaycan xalqı üçün, eləcə də Qarabağ məsələsində Azərbaycana dəstək olan dostları üçün böyük hadisədir”.
Bunu “Report”a Pakistanın Azərbaycandakı səfiri Bilal Hai deyib.
“Biz çox şadıq ki, bu məsələ nəhayət öz həllini tapıb və əvvəllər işğal altında olan torpaqlar artıq azad edilib”, - səfir bildirib.
B.Hai Azərbaycanı qələbənin ildönümü münasibətilə təbrik edib və əlavə edib ki, Azərbaycan xalqı dostlarının köməyi ilə işğaldan azad edilmiş rayonları bərpa edəcək və yenidən quracaq.
“Bu, məcburi köçkünlər üçün böyük sevincdir, indi onlar öz doğma torpaqlarına qayıda biləcəklər”, - səfir vurğulayıb.
Посол Пакистана поздравил Азербайджан с годовщиной Победы
Pakistani envoy congratulates Azerbaijan on victory anniversary
Son xəbərlər
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr
08:08
Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Digər ölkələr
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə