NATO-nun baş katibi Qarabağda insident hallarından narahatdır
Qarabağ
- 24 noyabr, 2014
- 12:28
Bakı. 24 noyabr. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağda insident və zorakılıq hallarından narahatdır. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Y.Stoltenberq Haaqada NATO Parlament Assambleyasının iclasında bildirib.
"Bu yaxınlarda Dağlıq Qarabağda baş verən insident və vəziyyətin gərginləşməsindən narahatam. Bu göstərir ki, münaqişənin hərbi həlli ola bilməz", - alyansın baş katibi qeyd edib.
Onun sözlərinə görə, bu münaqişənin siyasi həllinin alternativi yoxdur.
"Mən NATO-nun bilavasitə rolunu görmürəm, lakin NATO Dağlıq Qarabağda danışıqlar yolu ilə davamlı sülhə şərait yaradılması üçün Minsk prosesini dəstəkləyir", - Y.Stoltenberq vurğulayıb.
Son xəbərlər
15:05
Tramp Kemp-Deviddə hökumətin iclasını keçirəcək
Digər ölkələr15:02
Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib
Digər ölkələr15:01
İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub
Daxili siyasət15:01
Rusiya Ukraynanın dörd vilayətinə zərbələr endirib: ölən və xəsarət alanlar var
Digər ölkələr14:53
İlham Əliyevin Qırğızıstan səfəri: Türk dünyasının geosiyasi xəritəsi yenidən formalaşır - ŞƏRH
Analitika14:52
İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı vəzifələr müəyyən edilib
Daxili siyasət14:27
Dünya çempionatı: Nihad Süleymanlı 1/4 finalda uduzub - YENİLƏNİB
Fərdi14:19
Rəcəb Fərəczadə: "Çempionlar Liqasında hədəf ən azı 1/4 finala qədər irəliləməkdir"
Futbol14:18