Media nümayəndələri Tərtərdə mina partlayışının baş verdiyi ərazidədirlər
Qarabağ
- 29 aprel, 2023
- 08:35
Media nümayəndələri aprelin 28-də Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində üç nəfərin ölümü ilə nəticələnən mina partlayışının baş verdiyi ərazidədirlər.
"Report"un Qarabağ bürosu xəbər verir ki, səfər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Minatəmizləmə qrupunun təşkilatçılığı keçirilir.
Məlumat verilib ki, bu, son on gün ərzində rayon ərazisində baş verən üçüncü mina partlayışı hadisəsidir.
Qeyd olunub ki, aprelin 18-də Borsunlu kəndində baş verən mina partlayışında 1 nəfər, aprelin 26-da Suqovuşan kəndi istiqamətində baş verən mina partlayışında da 1 nəfər minaya düşüb.
Aprelin 28-də Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə baş verən hadisə zamanı isə 3 nəfər həlak olub.
Son xəbərlər
01:49
Foto
Dmanisidən olan azərbaycanlı idmançı Gürcüstan çempionu titulunu qazanıb
Fərdi01:34
ABŞ-də dizelin qiyməti rekordu yeniləyib
Digər ölkələr01:06
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
Digər ölkələr00:37
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Digər ölkələr00:10
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Qarabağ00:05
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət00:05
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Qarabağ00:00
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Qarabağ23:40