Liviya səfiri: Şuşa özünün bərpa templəri ilə təəccübləndirməyə davam edir

Qarabağ
  • 21 iyun, 2025
  • 11:37
Liviya səfiri: Şuşa özünün bərpa templəri ilə təəccübləndirməyə davam edir

Şuşa şəhəri özünün bərpa və dirçəliş templəri ilə təəccübləndirməyə davam edir.

“Report” xəbər verir ki, bunu Liviyanın Azərbaycandakı səfiri Əli Nasir xarici diplomatların azad edilmiş ərazilərə səfəri çərçivəsində bildirib.

"Mən artıq burada olmuşam, lakin hər dəfə yeni nələrsə görürəm. Bərpa templəri heyranedicidir", - diplomat tarixi şəhərə növbəti səfəri ilə bağlı təəssüratlarını bölüşərkən qeyd edib.

Səfir işğaldan azad edildikdən sonra şəhərdə aparılan bərpa və tikinti işlərinin miqyasını vurğulayıb.

Əli Nasir şəhərin memarlığında və tarixində özünü aydın şəkildə büruzə verən Azərbaycan və ərəb dünyaları arasındakı mədəni əlaqələrə xüsusi diqqət yetirib.

"Şuşada olarkən və tarixi abidələrə baxarkən, ərəb mədəniyyəti ilə bir çox ortaq bağlantılar görürəm. Burada məscidlər tikirlər, mədəniyyətinizin bizə nə qədər yaxın olduğunu görürəm. Bilirəm ki, sizin də bizim ərəb əfsanələrinə bənzəyən Leyli və Məcnun haqqında hekayəniz var", - səfir vurğulayıb.

44 - Tezliklə