Latviyalı deputat: Qarabağ münaqişəsinin davam etməsi beynəlxaq öhdəliklərə qarşı olan laqeydliyin nəticəsidir

Qarabağ
  • 04 oktyabr, 2020
  • 11:54
Latviyalı deputat: Qarabağ münaqişəsinin davam etməsi beynəlxaq öhdəliklərə qarşı olan laqeydliyin nəticəsidir
Yanis Urbanoviç

“Biz partiyamız adından bütün münaqişələri, insan tələfatına yönəlmiş addımları və ölkələrin ərazi bütövlüyünün işğalını qətiyyətlə pisləyirik. Hesab edirəm ki, Qarabağ münaqişəsinin uzun illərdir hələ də davam etməsi məhz beynəlxalq öhdəliklərə qarşı olan laqeydliyin nəticəsidir”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Latviya Seyminin (parlament) deputatı Yanis Urbanoviç bildirib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər:

“XXI əsrdə hələ də işğal faktının davam etməsi, sivil insanların qaçqın yaşaması qlobal səhnələrdə acı mənzərədir. Biz BMT qətnamələrinə əməl edilməsinə çağırırıq”, - Y.Urbanoviç bildirib.

O qeyd edib ki, müasir dünyada beynəlxalq hüququn tələblərinə riayət edilməməsi, beynəlxalq prinsiplərə laqeydlik bütün ölkələr üçün hörmətsizlikdir.

Deputat münaqişədə həlak olan mülki vətəndaşlar ilə bağlı da ciddi narahatlığını ifadə edib.