KTMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə qəbul edib

Qarabağ
  • 01 dekabr, 2017
  • 07:37
KTMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə qəbul edib

Bakı. 1 dekabr. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarus paytaxtı Minskdə keçirilən iclasının yekununda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, təşkilat üzvləri münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərinə dəstək ifadə ediblər. 

Məlumata görə, KTMT-yə üzv dövlətlər bir daha Minsk qrupunun fəaliyyətini dəstəklədiklərini təsdiqləyiblər. Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin məlum 3 prinsip əsasında həllinin vacibliyi vurğulanıb: “Bunlar xalqların öz müqəddəratını təyin etmə, güc tətbiq edilməməsi, zorakılıqdan yayınmaq və ərazi bütövlüyüdür”.

Qeyd edək ki, KTMT-nin Təhlükəsizlik Şurasının noyabrın 30-da Minskdə keçirilən iclasında Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Rusiya və Ermənistan prezidentləti iştirak edib. 

44 - Tezliklə