​Kreml: "Dağlıq Qarabağ üzrə üçtərəfli sammitə hazırlıq gedir"

Qarabağ
  • 10 iyun, 2016
  • 11:05
​Kreml: Dağlıq Qarabağ üzrə üçtərəfli sammitə hazırlıq gedir

Bakı. 10 iyun. REPORT.AZ/ Kreml Dağlıq Qarabağda vəziyyətin nizamlanması ilə əlaqədar üçtərəfli sammitə hazırlığın aparılmasını təsdiq edib. 

"Report" TASS-a istinadən xəbər verir ki,  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, sammit Sankt-Peterburq şəhərində keçirilə bilər.

"Bu istiqamətdə iş aparılır. Biz bu növ görüşlərin baş tutacağını istisna etmirik. Bu, tam təsdiqləndikdə, biz həmişə olduğu kimi, məlumat verəcəyik", - Kremlin nümayəndəsi bəyan edib. 

44 - Tezliklə