İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Mürşüd Nərimanov dəfn edilib - YENİLƏNİB

Qarabağ
  • 21 avqust, 2026
  • 13:58
İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Mürşüd Nərimanov dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mürşüd Nərimanov dəfn olunub.

"Report"un Muğan bürosu xəbər verir ki, onun nəşi Məzrəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

İmişlidə rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mürşüd Nərimanovla vida mərasimi keçirilib.

"Report"un Muğan bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, İmişli rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mürşüd Nadir oğlu Nərimanov 1963-cü il yanvarın 5-də İmişlinin Məzrəli kəndində anadan olub. 1994-cü il yanvarın 26-da Ağdam rayonunun Qərvənd kəndində itkin düşüb.

M.Nərimanov doğulduğu kənddə dəfn ediləcək.

44 - Tezliklə