Prezidentin köməkçisi: “Türkiyə münaqişənin həllində vacib rolunu təsdiqlədi”

Qarabağ
  • 14 oktyabr, 2020
  • 00:04
Prezidentin köməkçisi: “Türkiyə münaqişənin həllində vacib rolunu təsdiqlədi”

“Daim təmasda olduğum yaxşı dostum İbrahim Kalınla telefon danışığına şadam.

ATƏT-in və Minsk Qrupunun üzvü və bölgənin lider ölkəsi olaraq Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vacib rolunu bir daha təsdiqlədi".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.