Gürcüstan Azərbaycanın işğal olunan ərazilərindəki qondarma "seçkiləri" tanımır

Qarabağ
  • 01 aprel, 2020
  • 06:06
Gürcüstan Azərbaycanın işğal olunan ərazilərindəki qondarma seçkiləri tanımır

Gürcüstan martın 31-də Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma “prezident” və “parlament” seçkilərini tanımır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Sənəddə Gürcüstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub: “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu və beynəlxalq səviyyədə qəbul edilmiş norma və hüquq prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır”.