Ermənilər Ağdamda Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarını və fəhlələri atəşə tutublar - FOTO
Qarabağ
- 04 may, 2017
- 11:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdam. 4 may. REPORT.AZ/ Ağdam rayonunda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinləri ermənilər tərəfindən atəşə tutulub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə cəbhə bölgəsində qoşunların təmas xəttinin yaxınlığında yerləşən Əhmədağalı kəndi ərazisində baş verib.
Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyə dəstəyi ilə həyata keçirilən təmir-bərpa işləri zamanı erməni tərəfi ərazidə çalışan Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam rayon Mexaniki Suvarma idarəsinin əməkdaşlarını və texnikaları atəşə tutub. Hadisə yerində BQXK-nın əməkdaşları da olub.
Ermənilər tərəfindən atəşkəsin pozulması zamanı xəsarət alan olmasada texnika və qurğulara ziyan dəyib.
Son xəbərlər
16:55
Azərbaycan Premyer Liqasının IX turunda daha bir görüş baş tutub
Futbol
16:49
Foto
Serbiyada parlament seçkilərində seçici fəallığı 34,55 faizə çatıb - Yenilənib
Digər ölkələr
16:23
Serbiyanın hakim partiyası Vuçiçin anasına hücum edildiyini bildirib
Digər ölkələr
16:10
Foto
Musa Qasımlı: Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir
Xarici siyasət
15:58
Foto
AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib
Komanda
15:56
Foto
Sumqayıtda beş avtomobil toqquşub
Hadisə
15:55
Foto
Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb
Mədəniyyət siyasəti
15:45
Foto
"Pampuşun səyahəti" kitabının təqdimatı keçirilib
Mədəniyyət siyasəti
15:38
Fransada etiraz aksiyaları zamanı 1 300-dən çox şəxs saxlanılıb
Digər ölkələr