Erməni silahlı bölmələri oktyabr ayında atəşkəs rejimini 628 dəfə pozub

Qarabağ
  • 01 noyabr, 2016
  • 06:23
Erməni silahlı bölmələri oktyabr ayında atəşkəs rejimini 628 dəfə pozub

Bakı. 1 noyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri oktyabr ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 628 dəfə pozub.

"Report"un xəbərinə görə, atəşkəs rejimi ən çox oktyabrın 31-də pozulub.

Həmin gün erməni silahlı bölmələri atəşkəsi 45 dəfə pozub.

Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın mövqelərini atəşə tutması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

Bu müddət ərzində, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində iki monitorinq keçirilib, monitorinqlər insidentsiz başa çatıb.

44 - Tezliklə