Ərdoğan: "Türkiyə Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək"

Qarabağ
  • 25 aprel, 2018
  • 11:40
Ərdoğan: Türkiyə Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Bakı. 25 aprel. REPORT.AZ/ "Biz Dağlıq Qarabağ problemini öz problemimiz bilirik və Türkiyə bu məsələdə Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcək”.

"Report“ xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

“Biz ortaq mövqeyimizi Qarabağda da, Afrində də nümayiş etdirmişik", - Türkiyə prezidenti vurğulayıb. 

R.T.Ərdoğan qeyd edib ki, Azərbaycan FETÖ-yə qarşı mübarizədə də Türkiyəni dəstəkləyib.

44 - Tezliklə