MN: Düşmənin təxribat qrupunun bir üzvü məhv edilib, qoşunlarımız heç bir itki verməyib - VİDEO

Qarabağ
  • 08 avqust, 2017
  • 15:39
MN: Düşmənin təxribat qrupunun bir üzvü məhv edilib, qoşunlarımız heç bir itki verməyib - VİDEO

Bakı. 8 avqust. REPORT.AZ/ Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.

Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

MN: Düşmənin təxribat qrupunun bir üzvü məhv edilib, qoşunlarımız heç bir itki verməyib - VİDEO

44 - Tezliklə