Diplomatlar və hərbi attaşelər Laçında “Gilabi Ceramics” yaradıcılıq mərkəzini ziyarət ediblər - VİDEO

Qarabağ
  • 20 iyun, 2025
  • 14:51
Diplomatlar və hərbi attaşelər Laçında “Gilabi Ceramics” yaradıcılıq mərkəzini ziyarət ediblər - VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatlar qrupu, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri Laçında “Gilabi Ceramics” yaradıcılıq mərkəzini ziyarət ediblər.

Bu barədə “Report”un Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, qonaqlar keramika istehsalı prosesi və emalatxananın işi ilə tanış olublar.

Laçında yaradılan məmulatlar regionun mədəni irsini əks etdirir və bu əraziyə xas olan Azərbaycan mədəniyyəti elementlərinin populyarlaşdırılmasına xidmət edir.


FOTO: Vüqar Xanlarov

44 filmi