Daha bir qaziyə İcra Hakimiyyətində vəzifə verildi
Qarabağ
- 26 aprel, 2021
- 08:24
Daşkəsən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, RİH-in başçısının müvafiq əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin baş məsləhətçisi, dərəcə dövlət qulluqçusu, Vətən müharibəsi iştirakçısı Fəxri Akif oğlu Həsənov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının digər əmri ilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Şıxəliyev Elmar Vaqif oğlu “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nun 33-cü maddəsinin 1.5 və 1.6 bəndlərinə uyğun dövlət qulluğuna xitam verilərək tutduğu vəzifədən azad edilib.
Son xəbərlər
11:38
Azərbaycanda müsbət rəy verilən auditlərin sayı 10 %-ə yaxın artıb
Maliyyə11:37
DSMF-nin xərcləri 10 % artıb
Maliyyə11:33
Vato Şakarişvili: TRIPP kimi layihələr regionda iqtisadi imkanları və təhlükəsizliyi artıracaq
Region11:29
"Roma" Luis Enrikenin transferi üçün "İnter"lə razılığa gəlib
Futbol11:26
Azərbaycanda ötən il publik hüquqi şəxslərin 37 %-dən çoxu auditdən keçməyib
Maliyyə11:25
Azərbaycanda ötən il MMC-lərin 25 %-dən çoxu auditdən keçməyib
Maliyyə11:25
Azərbaycanda ötən il səhmdar cəmiyyətlərinin 5 %-dən çoxu auditdən keçməyib
Maliyyə11:24
Azərbaycanda bəzi yerlərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Ekologiya11:24