Ceyms Uorlik: "Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səyləri artırmaq istəyirik"

Qarabağ
  • 25 oktyabr, 2016
  • 10:24
Ceyms Uorlik: Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səyləri artırmaq istəyirik

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunmasına çalışırıq. Biz səylərimizi artırmaq istəyirik. İnanıram ki, gün gələcək azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar".

"Report" xəbər verir ki, bu barədə Yerevandakı mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. 

Onun sözlərinə görə, region sakinlərinin sülh şəraitində yaşamaq hüququ var: "Mənim arzum - Azırbaycanda və Erməsnitanda insanların sülh və sabitlik şəraitində yaşamasıdır".

Həmsədr həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münqaşisəinin həllində vacib məsələ insanlar arasında əlaqədir və vasitəçilər bu əlaqələri dəstəkləməyə çalışırlar".