Minsk qrupu həmsədrlərinin Türkiyədə Qarabağ münaqişəsinin həlli üzrə keçirilməli olan görüşü təxirə salınıb

Qarabağ
  • 20 iyul, 2016
  • 07:23
Minsk qrupu həmsədrlərinin Türkiyədə Qarabağ münaqişəsinin həlli üzrə keçirilməli olan görüşü təxirə salınıb

Bakı. 20 iyul. REPORT.AZ/ ATƏT-in Minsk qrupu həmsədrlərinin Türkiyədə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə keçirilməli olan görüşü təxirə salınıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib.

"Hazırda növbəti görüşün vaxtı üzərində işləyirik", - deyə, o bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyulun 18-də Ankaraya səfər edəcəyini və Türkiyə tərəfini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumatlandıracağını söyləmişdi.

44 filmi