XİN başçısı: “Ermənistanın siyasi-hərbi rəhbərliyinin düşüncə tərzi terrorçuların düşüncəsinə yaxındır”

Qarabağ
  • 06 oktyabr, 2020
  • 10:15
XİN başçısı: “Ermənistanın siyasi-hərbi rəhbərliyinin düşüncə tərzi terrorçuların düşüncəsinə yaxındır”
Ceyhun Bayramov

“Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyinin düşüncə tərzi terrorçuların düşüncəsinə yaxındır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 6-da Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib. 

“Hərbi əməliyyatların aparılmasının öz qanunları var, konvensiyası var. Ancaq Ermənistan üçün heç bir qırmızı xətt yoxdur. Ermənistan silahlı qüvvələri Azərbaycanın böyük şəhərlərini – Gəncəni, Mingəçeviri hədəfə alması bu təxribatın nə qədər geniş olmasının təzahürüdür”, - nazir vurğulayıb.

44 - Tezliklə