Birinci Qarabağ müharibəsində şəhid olmuş iki tankçımızın məzarı bərpa edilib
- 16 avqust, 2021
- 08:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Birinci Qarabağ müharibəsində şəhid olmuş iki tankçımızın məzarı bərpa edilib.
"Report" xəbər verir ki, Veteran Tankçılar İctimai Birliyinin təşəbbüsü və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Birinci Qarabağ müharibəsində şəhid olmuş Balakən rayonundan olan Şindiyev İlqar Məhəmməd oğlu və İsmayıllı rayonundan olan Muradəliyev Coşqun Ətraf oğlunun məzarları bərpa olunub.
Şəhidlərimizin təmir edilmiş məzarları önündə baş tutan tədbirlərdə onların ailə üzvləri, döyüş yoldaşları, Dövlət Komitəsinin və Fondun, eləcə də Balakən və İsmayıllı Rayon İcra Hakimiyyətlərinin nümayəndələri və Veteran Tankçılar İctimai Birliyinin üzvləri iştirak ediblər.