Bərdədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO
- 26 fevral, 2019
- 09:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərdə. 26 fevral. REPORT.AZ/ Bərdə rayonunda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
"Report"un Qarabağ Mərkəzinin məlumata görə, tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, məcburi köçkün və şəhid ailələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə mövzunu əks etdirən rəsm sərgisi ilə tanış olublar. Anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və digər çıxışçılar erməni millətçilərinin Azərbaycan xalqına qarşı zaman-zaman həyata keçirdikləri soyqırım siyasətindən bəhs edib, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar.
Sonda isə tədbir iştirakçıları şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyanı izləyiblər.