Baş nazir: "Qarabağda yerləşən terrorçulardan Azərbaycana təhdid olarsa, Türkiyə hərəkətə keçə bilər"

Qarabağ
  • 15 mart, 2018
  • 10:01
Baş nazir: Qarabağda yerləşən terrorçulardan Azərbaycana təhdid olarsa, Türkiyə hərəkətə keçə bilər
Türkiyənin Baş naziri Binəli Yıldırım

Bakı. 15 mart. REPORT.AZ/ "Qarabağ məsələsi Azərbaycanın haqlı məsələsidir. Bu münaqişənin həllində Türkiyə Azərbaycanın yanındadır".

"Report"un xəbərinə görə, bunu Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

"Beynəlxalq təşkilatlar da bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Dağlıq Qarabağda yerləşən terrorçulardan Azərbaycana və ya Türkiyəyə təhdid olarsa, Türkiyə hərəkətə keçə bilər", - baş nazir vurğulayıb.