Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib

Qarabağ
  • 09 oktyabr, 2014
  • 10:42
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Füzuli rayonu Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

44 filmi