Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində Ermənistan hərbçisi öldürülüb

Qarabağ
  • 16 yanvar, 2017
  • 11:10
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində Ermənistan hərbçisi öldürülüb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu Araik İqoreviç Sarkisyan öldürülüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onun ölüm səbəbi hələlik məlum deyil və araşdırma aparılır. 

İnformasiyaya əsasən, hadisə Azərbaycan-Ermənistan ordusunun təmas xəttinin cənub-şərq istiqamtində baş verib. 

O, 1995-ci ildə anadan olub.