Azərbaycan XİN rəhbəri Parisdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Qarabağ
  • 17 may, 2016
  • 10:53
Azərbaycan XİN rəhbəri Parisdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa XİN-in Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezirlə görüş keçirəcək.

"Report" Fransa XİN-in rəsmi saytına istinadən xəbər verir ki, görüş mayın 19-da Parisdə baş tutacaq. 

Görüş zamanı A.Dezir və E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək.