Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Qarabağ
  • 28 aprel, 2015
  • 09:14
Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 30-u mayın 1-də Fransaya səfər edəcək. "Report" xəbər verir ki, bu barədə E.Məmmədyarov bu gün Belçika XİN rəhbəri Didye Reynderslə görüşün nəticələrinə görə keçirilən mətbuat konfransında bildirib. 

Məmmədyarovun sözlərinə görə, o, Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirəcək. Həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin gedişini müzakirə edəcək. 

Nazir qeyd edib ki, bu münaqişənin həllinin irəliləməsinin vaxtı gəlib çatıb.