Azərbaycan XİN: Ermənistanın destruktiv siyasəti nəticəsində 3+2 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb

Qarabağ
  • 08 dekabr, 2016
  • 12:55
Azərbaycan XİN: Ermənistanın destruktiv siyasəti nəticəsində 3+2 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyevin "Report"a verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub.

H.Hacıyev bildirib ki, Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi 3+2 (Rusiya, ABŞ, Fransa və Ermənistan, Azərbaycan) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb.   

44 filmi