Azərbaycan tərəfinin erməni hərbçilərini məhv etməsinin görüntüləri yayılıb - VİDEO
- 03 oktyabr, 2015
- 04:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 oktyabr. REPORT.AZ/ Ermənistan Müdafiə Nazirliyində bu ölkənin jurnalistləri ilə görüş keçirilib.
“Report”un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, görüşdə son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verənlər, erməni tərəfinin xeyli itki ilə üzləşməsi məsələsi müzakirə olunub.
Mətbuat konfransında erməni jurnalistlər Ermənistan Müdafiə Nazirliyinin və Dağlıq Qarabağdakı separatçı rejimin “rəsmiləri"nin açıqladığı məlumatlara inanmadıqlarını deyib. Onlar son günlərdə sosial şəbəkələrdə bir qrup erməni hərbçisinin məhv edilməsini əks etdirən görüntülərlə bağlı Ermənistan MN-in rəhbərliyindən açıqlama-izahat istəyib. Lakin nazirlik erməni hərbçilərin məhv edilməsilə bağlı yayılan videolarla bağlı məsələyə münasibət bildirməkdən imtina edib.
“Report” ermənilərin sosial şəbəkələrdə yaydığı və Ermənistan hərbçilərinin məhv edilməsini özündə əks etdirən videogörüntüləri təqdim edir.
Çex Respublikasına işgüzar səfərimiz çərçivəsində bu ölkənin sənaye və ticarət naziri Lukaş Vlçek (@MinistrVlcek) ilə görüşdük. #İqtisadi əməkdaşlıq kontekstində ikitərəfli #ticarət dövriyyəsinin artırılması, #sənaye, nəqliyyat, #tranzit, turizm və #investisiya-lar sahəsində… pic.twitter.com/2F391xa8Lq
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 22, 2025