Azərbaycan nümayəndə heyətinin üzvü: "ATƏT məkanında münaqişələrin nizamlanmaması yolverilməzdir"
- 02 iyul, 2016
- 07:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 iyul. REPORT.AZ/ "ATƏT məkanında həll olunmamış münaqişələrin bundan sonra da nizamlanmaması yolverilməzdir".
"Report" xəbər verir ki, bunu ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iyulun 2-də Tbilisidə keçirilmiş iclasında Azərbaycanın ATƏT PA nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Həsənov deyib.
Onun sözlərinə görə, bu münaqişələr region üçün təhdiddir: "Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir. ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmeyerin dediyi kimi, bu məsələ ilə bağlı təkliflərə baxılması münaqişənin həll olunacağına ümid verir".
Millət vəkili həmçinin münaqişələrin həlli üçün dünya ictimaiyyətini birləşməyə çağırıb.