ATƏT-in Minsk Qrupunun həmsədrləri Almaniyanın XİN rəhbəri ilə görüşüb

Qarabağ
  • 12 noyabr, 2015
  • 07:23
ATƏT-in Minsk Qrupunun həmsədrləri Almaniyanın XİN rəhbəri ilə görüşüb

Bakı. 12 noyabr. REPORT.AZ/ ATƏT-in Minsk Qrupunun həmsədrləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.

"Report" xəbər verir ki, görüş Berlində keçirilib.

Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edib.

Qeyd edək ki, Almaniya ATƏT-in Minsk qrupunun tərkibinə daxildir və yanvarın 1-dən etibarən 1 illik müddətə ATƏT-ə sədrlik edəcək.

44 - Tezliklə